Bitkilər haqqında

Yonca

Yonca

YONCA

Yonca ot və silos yığımı üçün geniş istifadə olunan əsas yem bitkilərindən biridir. Bu bitki un şəkilinə gətirilir və heyvandarlıq üçün vitamin komplekslərinə əlavə olunur.Yonca dərin bir kök sisteminə malik olan çoxillik bir məhsuldur. Lakin suyun çox və ya çox az miqdarına görə baş verən stress onun böyüməsinə, inkişafına və bitkinin ümumi keyfiyyətinə mənfi təsir göstərir. Buna görə yaxşı düşünülmüş bir suvarma sisteminə ehtiyacınız var.
Damcı suvarma, hər bir bitkinin köklərinə su və qida maddələri çatdıraraq, yoncanın kök zonasına tam nəzarət edir. Siz tarlada istənilən şəraitdə optimal torpaq nəmini və qida səviyyəsini qoruya bilərsiniz.Əgər sisteminizə rəqəmsal idarəetmə əlavə etsəniz, harada olursunuzsa olun, prosesləri izləyə və optimallaşdıra bilərsiniz, iqlim məlumatları əldə edə bilərsiniz, bitki böyüməsini izləyə və müvafiq tədbirlər görə bilərsiniz. Siz damla və çiləyici suvarma sistemlərini düzgün tətbiq edərək, məhsuldarlığı və keyfiyyəti dəfələrlə artırırsız.