İsrailin “NETAFIM” şirkəti damla suvarma və yüksək məhsuldarlı istixana təsərrüfatları sahələrində tanınmış dünya lideridir. Faktiki olaraq, şirkət hər ikisinin də başlanğıcında dayanmışdır. 1965-ci ildə şirkətin mühəndislərinin səyləri nəticəsində bayır tərəfdə yerləşdirilən damcılayıcı dünyada ilk dəfə olaraq yaradılmışdır. Yarım əsr ərzində aparılmiş davamlı tədqiqat və görülmüş sürəkli işlər sayəsində hazırda “NETAFIM” şirkəti bütün mövcud olan torpaq və bitkilər növlərinə dair geniş məlumat bazasına malikdir. Şirkətin faktiki olaraq bütün qitələrdə təmsil olunması onun unikal üstünlüyünü təşkil edir. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə aqronom şirkətin tədqiqat fəaliyyətində iştirak edərək damla suvarma və istixanalar sahəsində daha yeni, daha effektiv texnologiyaların inkişaf etdirilməsi və həyata keçirilməsinə kömək edir.

SMART AGRO şirkəti suvarma sistemləri və istixanalar sahəsində “Netafim” şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır