Texniki Audit

TEXNIKI AUDIT

Sizin sahəniz və ya istixananız, səylərinizə baxmayaraq, lazımi nəticəni vermirsə, o zaman suvarma sisteminin texniki auditini keçirməyə dəyər. Biz sizə suvarma sistemin “Texniki audit”i xidmətini təklif edirik.  Bizim mühəndislərimiz tam yoxlama aparıb suvarma sistemin tələb olunan məyarlara cavab verməsini müəyyənləşdirəcəklər. Və aşkar olunduğu hallarda nasazlığı tez bir zamanda (imkan olarsa) aradan qaldıracaqlar.

Bu xidmətə daxildir:

Mövcud suvarma sistemin tam yoxlanılması və problemlərin müəyyənləşdirilməsi

Texniki tələblərə uyğunluqu müəyyən etmək üçün sistem təhlili

Hesabatlar və tövsiyələr

Aşkar edilmiş problemlərin aradan qaldırılmasına dair qiymət təklifi.

Xidmətlərin qiyməti yerdən, sahənin ölçüsündən və sistemin mürəkkəbliyindən asılıdır

Üstünlüklər

Xidmətimizi əldə edərək, Siz avadanlıq və digər xidmətlərin alınması üçün xüsusi endirimlərdən faydalanabiləcəksiniz.