Avtomatlaşdırma sistemləri

“YAŞIL İNQİLAB”

Bu gün kənd təsərrüfatı və istixana təsərrüfatı yeni keyfiyyətli inkişaf durumunda, “Yaşıl inqilab”ın astanasındadır.

Texnologiyalar və yeniliklərdən istifadə, məhsuldarlığının o qədər geniş miqyaslı yüksəlişinə gətirib çıxaracaq ki, bəşəriyyət hətta traktorların yaranması, herbisidlər və geni modifikasiya olunmuş/dəyişdirilmiş toxumların ixtirasından indiyə qədər belə məhsuldarlıq görməyib.

Biz, kənd təsərrüfatında bütün proseslərin maksimal avtomatlaşdırılmasını təklif edirik. Bu, şirkətimizin sizə təklif edə biləcəyi inkişaf strategiyasına daxildir.

Kənd təsərrüfatının avtomatlaşdırılmış idarəetmə sistemlərinin köməyi ilə məhsuldarlığın itkisinə gətirən amillərin 2/3 səviyyəsinə nəzarət etmək mümkündür.

“Ağıllı” rəhbər

Sizin kənd təsərrüfatı sahəsində biznesiniz, bilavasitə torpaq sahəsinin seçimi və onun emalı, suvarma, düzgün mikroiqlimdən başlayaraq, məhsul yığımına qədər bütün sistemlər və proseslərin keyfiyyətindən asılıdır.

Şirkətimiz kənd təsərrüfatı və bağçılıq sahələrində iqlim və proseslərin idarə edilməsi üçün bu sənayenin Netafim, RKD, Ocmis, Nelson, Scova, Priva və s. kimi dünya liderlərinin avadanlıqlar və proqram təminatını təqdim edə bilər.

Biz, sizə lazım olan avadanlıqları təqdim edə və suvarma, gübrələrin dozalaşdırılmasını həyata keçirən, aqronom tərəfindən müəyyən edilmiş temperatur və iqlimi dəstəklən avtomatlaşdırma sistemini tənzimləyə bilərik.

Ehtiyac olarsa, yeddigünlük hava proqnozunu, GPS cihazının köməyi ilə məkanın təyinindən istifadə edən yağış radarını işə salmaq imkanı var.

Bundan əlavə, aşağıdakılara nəzarət və idarə etmək imkanları mövcuddur:

- Kənd təsərrüfatı texnikasının nəzarət və idarəetmə sistemi

- Suvarma sistemləri

- Texniki məkanlara giriş

- Enerji təchizatı sistemləri

- Rabitə avadanlıqları və xətləri

- Videomüşahidə və analitika sistemi

- Girişə nəzarət sistemi

- Yanğın təhlükəsizliyi sistemi və s.

Bizim tövsiyələr

Şirkətimiz İsrailin Netafim şirkəti ilə birgə dünya səviyyəli çoxillik təcrübəyə əsaslanan aqronom dəstəyini təklif edə bilər.

Toplanmış məhsulların böyük həcmləri və məlumatların qabaqcıl idarəetmə sistemləri (“data science” və “data management”) müəssisələrin rəqabətədavamlılığını yüksəltməyə, kənd təsərrüfatının məhsuldarlığının inkişafını sürətləndirməyə kömək edir. Bu isə stabil nəticələr və yaxşı gəlirlər deməkdir.