Çiləmə maşinlari

Çiləmə maşinlari

HƏYAT MƏNBƏYI

Susuz həm buğda, həm də qarğıdalı məhv olacaq. Bu bitkilər, köklərin formalaşdırılması üçün yetərli olan miqdarda rütubət olduqda, əla inkişaf edir. Suvarma olmadan üzüm və pambıq məhv olacaq - çünki, hətta quraqlıq şəraitlərində inkişaf edən bu bitkilərə də keyfiyyətli suvarma lazımdır.

Bəs məhz müəyyən dövrdə yağış tələb olunduqda nə etmək olar? Bu halda, fermerlərin köməyinə çiləmə maşınları gəlir. Bunu “sifarişli yağış” adlandırmaq olar. İstənilən vaxt və istənilən miqdarda.

Genişzolağlı çiləmə sistemləri – avtomatik hərəkət edən qurğulardı.İstismar müddətin tamamına sahədə yerləşdirilir və suvarma üçün əkin sahəsinin böyük ərazisini əhatə edir.

Çiləmə maşınları böyük işçi güvvəsini tələb etmir. Onların dəyəri özünü tamamilə doğruldur. Qurğu çox asanlıqla idarə olunur. Sistemin tənzimlənməsi və işə salınması, digərləri ilə müqayisədə çox qısa müddətdə həyata keçirilir.

Həmçinin, prosesin avtomatlaşdırılması üçün geniş imkanlar yaradır - bu isə zaman və resurslara qənaət deməkdir. Çiləmə maşınları suyu çox əla paylaşdırır və suya qənaət edir.Genişzolağlı çiləmə maşınları əsasən düz və ya kiçik meyli olan sahələrdə tətbiq edilir.

Üç köməkçi

Genişzolağlı çiləmə  maşınları üç tipə bölünür: dairəvi, künc və frontal tipli maşınlar. Əgər torpaq sahəsinin mikrorelyefi və strukturu imkan verirsə, suvarma mütəxəssisləri adətən dairəvi hərəkət edən (“pivot”) çiləmə  maşınlarının quraşdırılmasını tövsiyə edirlər. Bu tip suvarma sistemləri sahəsi onlarla və yüzlərlə hektar olan ərazilərdə istifadə olunur. Bu suvarma sistemləri öz effektivliyini və qənaətliliyini sübuta yetirib. Onlar böyük işçi güvvəsini tələb etmir, stabil konstruksiyaya malikdir və uzun müddətli xidmət ömrü ilə xarakterizə olunur. Dairəvi suvarma maşınları həm stasionar (sabitləşdirilmiş mərkəz ilə), həm də yeri dəyişdirilə bilən (xüsusi texnika vasitəsi ilə) tipli olur.

Künc maşınlarının iş prinsipi dairəvi tipli maşınların iş prinsipi ilə oxşardır. Yeganə fərq ondan ibarətdir ki, künc maşını maneələri və küncləri keçəbilir. Bu isə maşına zəruri çeviklik verən “künc çiyni” mexanizmi sayəsində mümkün olur.

Frontal tipli və ya “xətti” maşın kimi tanınan suçiləmə sistemi düzbucaqlı forması olan böyük sahələrdə tətbiq edilir. Bu sahələrdə dairəvi maşın konstruksiyanın xüsusiyyətlərinə görə bütün suvaranacaq sahəni əhatə edə bilməz.

Frontal tipli suvarma maşını quraşdırılan zaman üç vacib məsələni həll etmək tələb olunur: maşının düz hərəkət etməsi üçün dəqiq tuşlanmanın təmin edilməsi; suyun aramsız olaraq təmin edilməsi; elektrik enerjisinin verilişinin təmin edilməsi.

Qeyd edək ki, genişzolağlı çiləmə maşınlarının tətbiq olunacaq sahəsi olduqca genişdir. Onlar həm dənli, həm tərəvəz bitkiləri, həm də meyvə-giləmeyvə bitkilərinin yetişdirilməsində istifadə olunur. Sözsüz ki, bu maşınlar yem və texniki bitkilərin suvarılmasında da tətbiq edilir.

BARABAN TİPLİ SUÇİLƏYİCİLƏR

Kənd təsərrüfatında suvarma sistemlərinin tətbiqi uğurun, effektivliyin və istehsalın sabitliyinə zəmanət verir. Bu zamanın sınağından keçmiş və sübuta yetirilmiş faktdır. Aparılan müxtəlif araşdırmalar suvarmanın zəruriliyini əyani şəkildə nümayiş etdirir.

Son bir neçə on il ərzində baraban tipli suçiləyici maşınları böyük populyarlıq qazanıb və geniş yayılıb. Onların konstruksiyası və texniki xüsusiyyətləri sadə və aydın olması ilə bərabər, innovasiyalı ixtiralar və materiallar ilə yaxşılaşmaq imkanına malikdirlər. Bu gün baraban tipli suçiləmə maşınlar ən sadə və effektiv suvarma üsuludur. Baraban tipli suçiləyici maşınlar ərazisi 20 hektara qədər olan kiçik ölçülü sahələr və tarlalar üçün ən uyğun suvarma formasıdır.

İstifadədə portativlik, universallıq, çoxfunksionallıq və sadəlik baraban tipinin çiləmə maşınlarının əsas üstünlüklərindəndir. Bundan əlavə, suçiləmə maşınlarının konstruksiyası uzun müddət xidmət edir və böyük əməliyyat xərcləri tələb etmir.

Bizim üstünlüklərimiz

Biz sizə suvarma sistemlərinin istehsalında ən aparıcı lider şirkətlərin baraban tipli suçiləmə maşınlarını təklif edə bilərik. RKD (İspaniya) və OCMIS (İtaliya) – zəruri avadanlıqları seçməyə imkan verən geniş model sırasını təqdim edir.

Mütəxəssislərimiz Sizə uyğun olan sistemin layihələndirilməsində və tətbiq olunmasında dəstək, habelə, təlimlər və sistemin texniki dəstəyi ilə köməklik göstərə bilərlər.