Çiləmə maşinlari

BARABAN TİPLİ SUÇİLƏYİCİLƏR

Kənd təsərrüfatında suvarma sistemlərinin tətbiqi uğurun effektivliyi və istehsalın sabitliyinə zəmanət verir. Bu zamanın sınağından keçmiş və sübuta yetirilmiş faktdır. Aparılan müxtəlif araşdırmalar suvarmanın zəruriliyini əyani şəkildə nümayiş etdirir.

Baraban tipli suçiləyici maşınlar ərazisi 20 hektara qədər olan kiçik ölçülü sahələr və tarlalar üçün ən əla həll variantıdır. Bu mobil və yığcam maşınların məhsuldarlığı istifadə edilən suyun keyfiyyətindən asılı deyil.

Son bir neçə on il ərzində baraban tipli suçiləyici maşınlar böyük populyarlıq qazanıb və geniş yayılıb. Onların konstruksiyası və texniki xarakteristikası sadə və aydın olmaqla bərabər, innovasiyalı ixtiralar və materiallar ilə yaxşılaşmaq imkanına malikdirlər. Bu gün baraban tipli suçiləmə maşınlar ən sadə və effektiv suvarma üsuludur.

İstifadədə portativlik, universallıq, çoxfunksionallıq və sadəlik baraban tipinin çiləmə maşınlarının əsas üstünlüyüdür. Bundan əlavə, suçiləmə maşınlarının konstruksiyası, uzun müddət xidmət edir və xidmət üçün böyük xərc tələb etmir.

Bizim həllər

Biz sizə suvarma sistemlərinin istehsalında ən aparıcı lider şirkətlərin baraban tipli suçiləmə maşınlarını təklif edə bilərik. OCMIS – zəruri avadanlıqları seçməyə imkan verən geniş model sırasını təqdim edir.

Mütəxəssislər sizə uyğun olan sistemi layihələndirməyə və tətbiq etməyə, dəstək verməyə, habelə, təlimlər və sistemin texniki dəstəyi ilə köməklik göstərə bilərlər.