Çiləyici suvarma

QURAQLIĞA YOX DEYİN!

Qızma və bürkülü günlərdə sərin su damcılarını hiss etmək necə də xoşdur! Həmçinin, bitkilərə də istidən və qızmar günəşdən dincəlmək lazımdır. Bu işdə sizin köməyinizə “sprinkler” –  bitkiləri “zərif sərinlik” ilə əhatə edərək, onlara su çiləyən cihaz gələcəkdir.

“Sprinkler” (ing. sprinkler - çiləyici deməkdir) yanğınla mübarizə üçün işlənib hazırlanıb. Yalnız yeddi il sonra, qazonların suvarılma sistemi patentləşdirildi.

Sprinkler suvarma sistemləri öz effektivliyi sayəsində, çox qısa müddət ərzində məşhur oldu. Onlar bağlarda, bostanlarda, istixanalarda, sahələrdə və qazonlarda istifadə olunur.

Bu suvarma üsulu, bilavasitə havanın rütubətini bitkilər üzərində artırır, temperaturu aşağı salır və torpağı nəmləndirir. Torpağın temperaturunun azaldılması bitkiləri qızmadan qoruyur.

Eyni zamanda, sprinklerlərin köməyi ilə bitkiləri şaxtalardan qorumaq mümkündür. Sprinklerlər yağışı imitasiya edir və donmuş su, öz istilik enerjisini verərək, bitkiləri zədələnməmiş saxlayır.

Diqqəti nəyə yönəltmək lazımdır?

Əgər sizi yığılan məhsulun həcmi, şitillər və əkdiyiniz bitkilərin sağlamlığı, torpağın sağlamlığı və məhsuldarlığı əhəmiyyətlidirsə, bu zaman sprinklerlərin quraşdırılmasına çox məsuliyyətli yanaşmaq lazımdır. Bir çox çiləyicilər növü mövcuddur və məhz sizin vəziyyətinizə uyğun gələnləri seçmək lazımdır.

Sprinklerlərin seçimində bir çox parametrləri nəzərə almaq lazımdır - amma həddən artıq səy göstərmək də lazım deyil. Axı sizə artıq maliyyə xərcləri və bitkilərə rütubətin məhvedici dərəcəsi lazım deyil.

İqlim xüsusiyyətlərini, torpağın tərkibini, becərilən bitkilərin ehtiyacların nəzərə almaqla düzgün və savadlı layihələndirmə olduqda – sprinkler suvarma sisteminin sizə hələ uzun illər xidmət edəcək.

Biz nə təklif edirik?

SmartAgro şirkəti, sprinkler tipli suvarma sistemlərinin layihələndirilməsi və montajı sahəsində xidmətlər təklif edir. Bizdə parklar, stadionlar, qolf meydançaları və s. kimi yerlər üçün hazır həll variantları var. öz işimizdə biz tərəfdaşlarımızın, bazarın Netafim (İsrail) və Nelson (ABŞ) kimi aparıcı istehsalçılarının komponentlərini istifadə edirik. Bu isə zamanın sınağından keçmiş keyfiyyət deməkdir.

Suvarma sistemlərinin layihələndirilməsində, bizim mütəxəssislər xərclərin optimallaşdırmasına çox böyük diqqət ayırırlar. Əgər həll variantı maliyyə baxımından sərfəlidirsə və özünü doğruldursa, biz, müxtəlif suvarma sistemlərinin kombinasiyası metodundan istifadə etməyi təklif edirik. Bəzi hallarda, narahat relyef olduqda, genağızlı maşınlar bütün sahəsini əhatə etmək iqtidarında olmur. Belə hallarda, əlavə olaraq sprinkler və ya damcı suvarma sistemləri tətbiq edilir.