Damcı suvarma

ekranda damci suvarma sistemi

SƏHRADAN ÇİÇƏKLƏNƏN BAĞA

Ölkəmizdə 9 iqlim zonası var, lakin Azərbaycanın böyük bir hissəsi mülayim qış və quru isti yay ilə müşayiət edilən yarımsəhralar və quru çöllərin iqliminə malikdir.

Əgər şərait bol məhsul yetişdirməyə imkan vermirsə, nə etmək lazımdır? Məhz bu halda, damcı suvarma sistemini təklif edirik.

Bu sistem hələ 19-cu əsrin sonlarında işlənib hazırlanıb və Ərəb səhrasında, planetdə ən isti və ən quraqlıq yerlərdən biri sayılan, yerləşən İsraildə çox məşhurdur. Damcı suvarma sistemi, bütün dünya ölkələrdə geniş yayılıb. Bu metod ölkəmizdə də geniş tətbiq edilir.

Bu necə işləyir?   

Damcı suvarma üsulu suyu kiçik dozalar ilə, birbaşa bitkilərin kök üstündə olan sahəyə verməyə imkan verir. Su avtomatik olaraq, sizin yetişdirdiyiniz müəyyən bitki tipinin suvarılması üçün məhz tələb olunan miqdarda təmin edilir. Damcı-damcı.

Bundan əlavə, damcı suvarma üsulu, sahənizin və ya bağınızın relyefindən asılı olmur. Ərazidə təpələr və ya çuxurların olmasından asılı olmayaraq, bu üsulda bütün bitkilər suyu eyni miqdarda qəbul edir.

Beləliklə, damcı-damcı, səhra, çiçəklənən bağa çevrilir....

Damcı suvarma sisteminin xüsusiyyətləri

Damcı suvarma sistemi bütün gün ərzində kök üzərində olan zonada rütubətin lazımi miqdarını qoruyub saxlayır. Damcı suvarma sistemində torpağın aerasiyasına müsbət təsirin olması çox əhəmiyyətli xüsusiyyətdir. Bu isə o deməkdir ki, torpaq oksigenlə nəfəs alır və zənginləşir. Oksigen bitkinin kök sisteminə əlverişli təsir edir. Kök, fəal inkişaf edir və artır. Bu, rütubəti və qidalı maddələri intensiv şəkildə udmağa imkan yaradır. Buna görə də, bitkilərin artımı baş verir və gələcəkdə bu bitkinin məhsuldarlığına müsbət təsir göstərir.

Damcı suvarma sisteminin daha bir üstünlüyü, bitkilərin demək olar ki, xəstələnməməsidir. Bitkilərin emal edildiyi kimyəvi preparatlar suvarma zamanı yarpaqlardan yuyulmur. Bundan əlavə, torpağın eroziya riski də çox azdır – digər sözlə, torpaq su və küləyin dağıdıcı təsirinə məruz qalmır.

Bu sistemin çevikliyi təpəli, eləcə də dərə və çuxurların olduğu sahələrdə istifadə edilməsinə imkan verir. Suvarma üsulu məhz köküstü zonada baş verdiyinə və tələb yalnız tələb olunan həcmdə həyata keçirildiyinə görə həm əmək, həm də su resurslarının əhəmiyyətli dərəcədə  qənaət olunur.

Bu sistem son dərəcə davamlıdır və istismarı tələbkar deyildir.

Damcı suvarma sistemi ağacların, tərəvəz bitkilərinin, dekorativ kolların həm açıq sahələrdə, həm də istixanalarda suvarılması üçün tətbiq edilir. Damcı suvarmanın iki növü mövcuddur: yeraltı və yerüstü. Birinci variantda damcılayıcı borular 10- 40 sm dərinliyində, ikincidə isə -  sıralarının uzunluğu boyunca yerləşdirilir.

Bəzi hallarda, məsələn, intensiv bağlar  və ya üzümlüklərdə, damcısalanlar torpaqdan 30-40 santimetr hündürlükdə yerləşdirilə bilər.

İkinci üsulun layihələndirilməsi və icrası çox sadədir; lakin, torpaqaltı suvarma da bir çox üstünlüklərə malikdir. Bu, kök sisteminə minerallar və gübrələrin birbaşa yol tapması, daha az miqdarda suyun sərf edilməsi, suvarma zamanı və suvarmadan dərhal sonra təsərrüfat işləri aparmağa imkan olmasıdır.

Damcı suvarma sisteminə nə daxildir?

- Nasos stansiyası

- Filtrasiya sistemi. (Yuyulmanın idarə olunması avtomatik və ya əl ilə aparılır)

- Su sayğacı

- Gübrələmə qovşağı. (Bu qovşağın sayəsində bitkilər üçün suvarma ilə birgə, qidalanmanı da təmin etmək mümkündür).

- Kontroller (suvarmaya, suyun həcminə, suvarmanın sürəkliyinə tam nəzarəti təmin edir)

- Boru kəmərləri sistemi

- Paylayıcı kranlar

- Damcı xətləri, damcılayıcı borular.

Damcı suvarma sisteminin montajı – mürəkkəb bir prosesdir və detallara diqqət tələb edir. Zəruri filtrasiya tipləri ilə süzgəclərin quraşdırılması, magistral boru kəməri və köməkçi paylayıcı boruların dəqiq seçimi, lazımi diametr və lazımi “suboşaltma” dərəcəli damcısalanların, əkin sxemlərini, torpağın tərkibini, konkret bitkiləri və s. nəzərə alaraq seçilməsi kimi işlərdən ibarətdir.

Biz sizə kömək edəcəyik

Damcı suvarma - ən tələbkar irriqasiya növüdür; quraşdırılma zamanı, icraçının diqqətlə seçilməsi çox vacibdir.

Keyfiyyətsiz işin dəyişdirilməsi - nəticə etibarilə mümkün olmaya bilər. “Sıfırdan” demontaj və yenidəngurma işləri tələb oluna bilər.

Nəticədə, komponentlər və ya peşəkar layihələndirmə və montaj işlərində xərclərdə qənaət edərək, siz damcı suvarma sisteminin dəyərindən qat-qat daha çox itkilərlə üzləşmək riskinə məruz qalırsınız.

SmartAgro – yalnız zamanın sınağından keçmiş və davamlı reputasiyaya malik olan Avropa, Amerika, İsrail istehsalçıları ilə əməkdaşlıq edir. Sıralarında, İsrailin Netafim şirkətidir - damcı suvarma sistemlərinin istehsalçısını göstərmək olar.

Şirkətimiz tərəfindən qurulan damcı suvarma sisteminin bütün komponentlərinə istehsalçının bilavasitə özü zəmanət verir. Beləliklə, tərəfimizdən göstərilən bütün xidmətlərə zəmanət veririk.

Biz sizə səhranı çiçəklənən bağa çevirməyə kömək edəcəyik!