Damcı suvarma

SƏHRADAN ÇİÇƏKLƏNƏN BAĞA

Ölkəmizdə 9 iqlim zonası var. Azərbaycanın böyük bir hissəsi mülayim qış və quru isti yay ilə müşayiət edilən yarımsəhralar və quru çöllərin iqliminə malikdir.

Əgər şərait bol məhsul yetişdirməyə imkan vermirsə, nə etmək lazımdır? Məhz bu halda, damcı suvarma sistemini təklif edirik.

Bu sistem hələ 19-cu əsrin sonlarında işlənib hazırlanıb və Ərəb səhrasında yerləşən İsraildə çox məşhurdur. Bu, planetdə ən isti və ən quraqlıq yerlərdən biri sayılır.

Damcı suvarma sistemi, quraqlıq iqlimi olan ölkələrdə geniş yayılıb (Avstraliya, Misir və s.). Bu metod ölkəmizdə də geniş tətbiq edilir.

Bu necə işləyir?

Damcı suvarma üsulu suyu kiçik dozalar ilə, birbaşa bitkilərin kök üstündə olan zonasına verməyə imkan verir. Su məhz avtomatik olaraq, sizin yetişdirdiyiniz müəyyən bitki tipinin suvarılması üçün lazımdır. Damcı-damcı....

Bundan əlavə, damcı suvarma üsulu, sahənizin və ya bağınızın relyefindən asılı olmur. Ərazidə təpələr və ya çuxurların olmasının da əhəmiyyəti yoxdur. Bu üsulda bütün bitkilər suyu lazımi miqdarda qəbul edir. Bu isə prosesə tamamilə nəzarət etməyə imkan verir.

Beləliklə, damcı-damcı, səhra, çiçəklənən bağa çevrilir....

Damcı suvarma sisteminin xüsusiyyətləri

Damcı suvarma sistemi bütün gün ərzində kök üzərində olan zonada rütubətin lazımi miqdarını qoruyub saxlayır.

Damcı suvarma sistemində torpağın aerasiyasına müsbət təsirin olması çox əhəmiyyətli xüsusiyyətdir. Bu isə o deməkdir ki, torpaq oksigenlə nəfəs alır və zənginləşir.

Oksigen bitkinin kök sisteminə əlverişli təsir edir. O, fəal inkişaf edir və artır. O, rütubəti və qidalı maddələri intensiv şəkildə udmağa imkan verir. Buna görə də, bitkilərin artımı baş verir və gələcəkdə bu bitkinin məhsuldarlığına müsbət təsir göstərir .

Damcı suvarma sisteminin daha bir üstünlüyü, bitkilərin demək olar ki, xəstələnməməsidir. Bitkilərin emal edildiyi kimyəvi preparatlar suvarma zamanı yarpaqlardan yuyulmur. Bundan əlavə, torpağın eroziya riski də çox azdır – digər sözlə, torpaq su və küləyin dağıdıcı təsirinə məruz qalmır.

Bu sistemin çevikliyi təpəli, eləcə də dərə və çuxurların olduğu sahələrdən istifadə edilməsinə imkan verir.

Belə suvarma üsulu məhz köküstü zonada və həm əmək, həm də su resurslarının əhəmiyyətli qənaətinin baş verməsi üçün tələb olunan həcmdə həyata keçirilir. Bu sistem son dərəcə davamlıdır və istismarı tələbkar deyildir.

Damcı suvarma sistemi ağacların, tərəvəz bitkilərinin, dekorativ kolların həm açıq sahələrdə, həm də istixanalarda suvarılması üçün tətbiq edilir.

Damcı suvarmanın iki növü mövcuddur: yeraltı və yerüstü. Birinci variantda damcısalanlar 10- 40 sm dərinliyində, ikincidə isə -  lək sıralarının uzunluğu boyunca yerləşdirilir.

Bəzi hallarda, məsələn, intensiv bağlar və üzümlüklərdə, damcısalanlar torpaqdan 30-40 santimetr hündürlükdə yerləşdirilə bilər.

İkinci üsulun layihələndirilməsi və icrası çox sadədir; amma, torpaqaltı suvarma da bir çox üstünlüklərə malikdir. Bu, kök sisteminə minerallar və gübrələrin birbaşa yol tapması, daha az miqdarda suyun sərf edilməsi, suvarma zamanı və suvarmadan dərhal sonra təsərrüfat işləri aparmağa imkan verir.

Sistem necə işləyir?

Damcı suvarma sisteminə nə daxildir?

- Nasos stansiyası

- Filtrasiya sistemi. Yuyulmanın idarə edilməsi avtomatik və ya əllə aparılır

- Su sayğacı

- Gübrə vurma elementi. Bu elementin sayəsində bitkilər üçün suvarma ilə birgə, qidalanmanı da təmin etmək mümkündür

- Kontroller suvarmaya, suyun həcminə, suvarmanın sürəkliyinə mütləq nəzarəti təmin edir

- Boru kəmərləri sistemi

- Paylayıcı kranlar

- Damcı xətləri, damcısalanlar

Damcı suvarma sisteminin montajı – mürəkkəb bir prosesdir və detallara diqqət tələb edir. Zəruri filtrasiya tipləri ilə filtrlərin quraşdırılması. Magistral boru kəməri üçün boruların dəqiq seçimi və köməkçi paylayıcı boruların, lazımi diametr və lazımi “suboşaltma” dərəcəli  damcısalanların, əkin sxemlərini, torpağın tərkibini, konkret bitkiləri və s. nəzərə alaraq seçilməsi.

Biz sizə kömək edəcəyik

Damcı suvarma - ən tələbkar irriqasiya növüdür; quraşdırılma zamanı, icraçının dəqiq seçilməsi çox vacibdir.

Keyfiyyətsiz işin dəyişdirilməsi - nəticə etibarilə mümkün olmaya bilər. “Sıfırdan” demontaj və montaj işlərini həyata tələb oluna bilər.

Nəticədə, komponentlər və ya peşəkar layihələndirmə və montaj işlərinə xərclərdə qənaət edərək, siz damcı suvarma sisteminin dəyərindən qat-qat daha çox xərclərlə üzləşmək riskinə məruz qalırsınız.

SmartAgro – yalnız zamanın sınağından keçmiş və davamlı reputasiyaya malik olan Avropa, Amerika, İsrail istehsalçıları ilə əməkdaşlıq edir. Buna misal olaraq, İsrailin Netafim şirkəti - damcı suvarma sistemlərinin istehsalçısını göstərmək olar.

Şirkətimiz tərəfindən qurulan damcı suvarma sisteminin bütün komponentlərinə istehsalçının bilavasitə özü zəmanət verir. Beləliklə, tərəfimizdən göstərilən bütünü xidmətlərə zəmanət veririk.

Biz sizə səhranı çiçəklənən bağa çevirməyə kömək edəcəyik!