Enerji təchizat sistemləri

Enerji təchizat sistemləri

İNSAN XİDMƏTİNDƏ ELEKTRİK

Elektrik enerjisinin kənd təsərrüfatının bütün sahələrində istifadəsi tərəqqinin vacib amillərindən biridir.Aqrobiznesin inkişafı elektrik enerjisi ilə çalışan müasir texnologiyalara əsaslanır.

Enerji təchizatı - kənd təsərrüfatı komplekslərinin mühəndis sisteminin əsas elementlərindən biridir. Kənd təsərrüfatı müəssisələrinin uğurlu inkişafı üçün zəruri şərt - mümkün fövqəladə halların öncədən hesablanması və mərkəzi şəbəkədən ayrılması şəraitində enerji təchizatıdır.

Biz aşağıdakı həll və sistemləri işləyib hazırlama, tətbiq olunma və onlara mütamadi servix xidmətini təklif edirik:

• strukturlaşdırılmış kabel sistemləri

• elektrik və alçaq gərginlik lövhələri

rele mühavizəsi və avtomatlaşdırma sistemi

• elektrik generator dəstləri

• fasiləsiz enerji təchizatı

• bərpa olunan elektrik mənbələri

• elektrikli nəqliyyat vasitələri və avadanlıqları doldurma stansiyaları.

Şirkətimiz etibarlılığa, enerji istifadəsinin səmərəliliyinə və elektrik təhlükəsizliyinə xüsusi önəm verir.

Günəş enerjisi

Kənd təsərrüfatında günəş enerjisindən istifadə təcrübəsi getdikcə yayılıb və tətbiq olunmaqdadır. Ölkəmizin iqlim şəraitini nəzərə alaraq, bərpa olunan enerji mənbələrindən istifadəsi məqbul bir investisiya və ətraf mühitin qorunması hesab edilir. Günəş enerjisi istixanalarınız və bağlarınız üçün avtonom və ya köməkçi (bərpa olunan) enerji mənbəyi kimi xidmət edəcəkdir

Müxtəlif növ və gücdə günəş elektrik stansiyalarını dizayn və tədbiqini təklif edirik.

Elektrogenerator qurğuları

Elektrogenerator qurğuları - elektrik enerjisi paylanması, avtomatlaşdırma və idarəetmə cihazları daxil olmaqla bir dizel elektrik qurğusuna əsaslanan stasionar və ya mobil qurğudur. Müxtəlif yanacaq növləri ilə işləyən, 2 ilə 2500 kVA güc aralığında çalışan elektrik generatorları təklif edirik. Mütəxəssislərimiz ehtiyaclarınıza tam cavab verən və əlverişli elektrik generatorun seçimində Sizə yardımçı olacaq.

Qarışıq həllər

Komandamız enerji təchizatına dair inteqrasiya həllərini hazırlayır və tətbiq edir. Əsas enerji şəbəkəsi, günəş elektrik stansiyasından enerji və dizel generatoru kimi müxtəlif enerji mənbələrini birləşdirə bilərik.

Əsas həllər:

Əsas elektrik şəbəkəsindən qidalanma (əsas enerji mənbəyi kimi) + dizel generatoru (ehtiyat)

Əsas elektrik şəbəkəsindən qidalanma (əsas enerji təchizatı kimi) + günəş elektrik stansiyası (köməkçi) + dizel generatoru (ehtiyat)

Günəş elektrik stansiyası (əsas enerji mənbəyi kimi) + enerji saxlama sistemi (batareyalar)

Günəş elektrik stansiyası (əsas enerji mənbəyi kimi) + enerji saxlama sistemi (batareyalar) + dizel generatoru (ehtiyat)

Bu tip həllər Sizə aşağıdakı imkanları yaradır:

- əsas elektrik şəbəkəsinə qoşulmaq üçün xərclərdən azad olmaq (təsərrüfatınız və ya bağçanız mənbədən uzaq olduqda)

- biznesinizi elektrik kəsilmələrindən qorumaq

- qənaət (tam və ya qismən günəz enerjisindən istifadə etməklə)

- əsas elektrik şəbəkəsinə günəşdən əldə olunan artıq enerjini satmaq (yaxın gələcəkdə sistemin tədbiqi gözlənilir)

- günəşin təmiz və bərpa olunan enerjisindən istifadə etmək, bununla da ətraf mühitə qayğı göstərmək.