Enerji təchizat sistemləri

ELEKTRİK – İNSANIN XİDMƏTİNDƏDİR

Kənd təsərrüfatının bütün sahələrində elektrik enerjisinin istehsalı, bölgüsü və tətbiqi tərəqqi və inkişafın əhəmiyyətli amillərindən biri sayılır. Kənd təsərrüfatının inkişafı – elektrik enerjisi sərf edən müasir texnologiyalar üzərində qurulur. 

Elektrik enerjisi təchizatı sistemi — aqrar sənaye komplekslərinin mühəndislik sisteminin əhəmiyyətli komponentlərindən biri sayılır. Kənd təsərrüfatı müəssisələrinin uğurlu fəaliyyəti üçün mərkəzi şəbəkədən mümkün qəza vəziyyətləri və söndürülmələrin hesablanmasını tələb edən, savadlı və düzgün enerji təchizatı, vacib şərtlərdən biridir. 

SmartAgro istənilən miqyasda fəaliyyət göstərən müəssisələri enerji təchizatı sahəsində müasir, texnoloji və effektiv həllər ilə təmin edir. Biz kənd təsərrüfatında elektrik enerjisi təchizatının güclərinin inkişafı, elektrik stansiyalarının xidməti, həm əsas, həm də köməkçi sistemlərin elektrikləşdirilməsini həyata keçiririk.

Fasiləsiz elektrik enerjisi təchizatı

Fasiləsiz elektrik enerjisi təchizatı – istənilən kənd təsərrüfatı obyektinin normal həyat təminatının əhəmiyyətli amili sayılır. Şirkətimiz etibarlılıq, enerji effektivliyi və elektrik təhlükəsizliyi məsələlərinə xüsusi diqqət ayırır.

Fasiləsiz elektrik enerjisi təchizatının əsas aspektlərini qeyd etmək çox vacibdir:

• Strukturlaşdırılmış kabel sistemi

• Elektrik və zəif cərəyan lövhələri

• Enerji təhlükəsizliyi

• Rele müdafiəsi və avtomatika sistemi

• Elektrik-generator qurğuları

• Fasiləsiz qidalanma mənbələri

• Alternativ elektrik enerjisi təchizatı

Alternativ elektrik enerjisi təchizatı

Biz kombinasiya edilmiş və alternativ enerji mənbələrinin tətbiqi yolu ilə, elektrik enerjisinə qənaət həlləri təklif edirik. Buna misal olaraq:

  • Günəş elektrik panelləri
  • Günəş su kollektorları
  • Külək generatorları
  • Hidrogeneratorlar
  • Akkumulyator batareyaları.

Elektrik generatoru qurğuları

Biz Almaniyanın RID şirkətinin elektrik generatorlarını təklif edirik. Bu generatorlar müxtəlif yanacaq növləri ilə işləyir və gücü 2- 2000 kVa olan müxtəlif tapşırıqların həlli üçün nəzərdə tutulub.

Alternativ enerji üçün pompalar

Biz istənilən kritik əhəmiyyətli yüklənmələr üçün fasiləsiz qidalanma mənbələrini (UPS) təmin edərək, müştərilərimizin keyfiyyətli enerji təchizatına maraq göstəririk.

Məsafədən idarəetmə sisteminə malik elektrik generatoru qurğusu

Dizel elektrik stansiyası —elektrik enerjisinin bölgüsü üçün qurğuları əlavə olaraq özündə birləşdirən dizel-elektrik aqreqat əsasında stasionar və ya daşına bilən (səyyar) qurğudur və  avtomatika qurğuları, idarəetmə pultu, ehtiyat hissələr dəstləri.

Bizim mütəxəssislər, şirkətinizin ehtiyaclarına tamamilə uyğun olan dizel generatoru seçəcək.

Bizim elektrik generatoru qurğularının üstünlükləri

- “Antivandal” konstruksiya;

- Aşağı səs səviyyəsi;

- Yığcam dizayn;

- 1000 litrə qədər yanacaq bankı;

- Texniki xidmət üçün asan daxilolma;

- Yanacaq səviyyəsinin göstəricisi (1%-ə qədər dəqiqlik)

- Xarici futlyarın icazəsiz açılmasında həyəcan siqnalizasiyası;

-  Birbaşa giriş olmadan, 100% metal təbəqə ilə bağlanmış, əyri hava giriş dəliyi

- Birbaşa giriş olmadan, 100% metal təbəqə ilə bağlanmış, əyri qaz yönləndirici

- Xarici tərəfdən bolt birləşməsi yoxdur; şarnirlər qoruyucu futlyarın daxilində qurulub

- Kabellərin bayır tərəfdən birbaşa qoşulması olmur, kabel kanalı qorunur və elektrik stansiyasının daxilində çəkilir;

- Kənardan idarəetmə pultuna giriş yoxdur, giriş yalnız açıq korpusda mümkündür.