Fito işıqlandırması

Fito işıqlandırması

BAŞQALARINA XİDMƏT EDƏRƏK, ÖZÜMÜ XƏRCLƏYİRƏM. 

BAŞQALARINI İŞIQLANDIRARAQ, YANIRAM.

Kənd təsərrüfatında əlavə işıqlandırma – kifayət qədər uzun müddətdir ki, tətbiq edilir. Zaman ötdükcə və innovasiyalı həllər meydana çıxdıqca, fermer təsərrüfatlarının köməyin LED texnologiyalar gəlir.

Fotosintez – istənilən bitkinin həyatının əsasıdır. Fotosintezin əsas “təkanverici” qüvvəsi – işıqdır. Lakin, işıq müxtəlif olur və hər işıq, bitkilərdə fotosintezə səbəb olmaq iqtidarında deyil. Bitkilər milyon illərdir ki, günəş işığına uyğunlaşıb və məhz günəş işığı –ən yaxşı fotosintez mənbəyidir. Fitolampa –bitkilərdə fotosintez prosesini işə salmaq iqtidarında olan xüsusi işıq mənbəyidir. Sözügedən qurğu, bitkilərin təbii mühitdə almağa öyrəşdiyi spektrdə şüa saçmağı bacarır.

Hal-hazırda, işıq diodlu fitoişıqlandırıcılar get-gedə daha çox populyarlıq qazanırlar. Onlar növbəti səbəblərdən işıq cihazlarının digər növlərindən daha üstündür:

-  qulluq və istismar üçün xüsusi şərait tələb etmir;

xidmət müddəti - 10 ildən artıq;

- daha az istilik hasil edirlər;

- şua spektrləri bitkilərin tipindən asılı olaraq seçilir;

- faydalı şüa səviyyəsi ilə bərabər səviyyədə 40% daha az elektrik enerjisi sərf edirlər.

Bizim regionda, fitoişıqlanma, digər bitkilərlə yanaşı, tərəvəz bitkilərinin məhsuldarlığına artım verir. Bundan başqa, gülçülükdə fitolampalardan istifadə, eyni mükəmməl nəticələrə kömək edir.

Fitoişıqlanmanı təkcə bitkilərin üzərində deyil, həm də arasında yerləşdirmək mümkündür. Fitoişıqlanma sistemini düzgün hesablamaq vacibdir və bu işdə sizə bizim mütəxəssislərimiz kömək edəcək.

Sizə təklif edə biləcəyimiz Philips Signify məhsulu artıq 75-dən ildən çoxdur ki, kənd təsərrüfatı bitkilərinin yetişdirilməsində işıqlanma üçün tətbiq edilir. İşıq diod avadanlıqları sahəsində qabaqcıl innovasiyalar sayəsində, biz fərdi və elmi cəhətdən əsaslandırılmış həlləri sizin üçün xüsusi olaraq işləyib hazırlaya bilərik.