İstixana kompleksləri

İstixana kompleksləri

“NARINCLAR EVİ”

Bu tikililərin yaradılma tarixi bizi Qədim Roma dövrünə aparır. Sonra, kiminsə ağlına ləkləri örtüyün altında gizlətmək kimi dahiyanə bir fikir gəldi. Beləliklə, istixanalar yarandı. Yeri gəlmişkən, mika (slyuda) ilə örtülmüş ləklərdən qədim romalılar tropik iqlimi olan ölkələrdən gətirilmiş ekzotik bitkilər və güllərin böyüdülməsi üçün istifadə edirdilər. Amma, Roma imperiyası dağıldı və faydalı texnologiyalar itirildi.

İntibah dövrü insana istixanaları, oranjereyaları və qış bağlarını qaytardı. O zamanlar sitrus sinfinə aid ən populyar oranjereya bitkilərindən birinin adına həsr olunmuş şüşəbənd tikililər “Narınclar evi” adlanırdı.

İstixana və parnik arasında fərq nədir?

Ölkəmizdə istixanalar –  çox məşhur biznes növlərindən biridir. İstixanalardan istifadə etməklə, ildə bir neçə dəfə məhsul yığmaq olar.

İstixana - böyük sahəni əhatə edən, bütünlükdə artım və inkişaf dövrü boyunca bitkilərin müdafiəsi üçün nəzərdə tutulmuş tikilidir. Burada ideala yaxın olan mikroiqlim yaradılır ki, bu da bitkilərin yetişmə sürətini artırır.

Fundamentin olması, istixanaları möhkəm tikililərə çevirir. Güclü karkas əlverişsiz hava şəraitinin zərbələrinə müqavimət göstərməyi bacarır. Bundan əlavə, istixanalar isitmə sistemləri ilə təmin olunur.

İstixanalar üçün örtük

Bazarda bir çox həllər mövcuddur, onları şərti olaraq üç növə bölmək olar: plyonka, şüşə və ya polikarbonat örtüyü. Həmçinin, yan divarları polikarbonat və plyonkalı damdan olan istixanalar yaratmaq mümkündür.

Polietilen plyonkalar ən münasib örtük tipi sayılır. Keyfiyyətli plyonkalar, hətta şüşə örtüklə belə rəqabət aparır. Plyonka, xüsusi olaraq, parnik və istixanaların qurulması üçün nəzərdə tutulub və bu plyonka, günəş işığını buraxmaqla istiliyi çox yaxşı saxlayır.

Məşhurluğuna görə ikinci tip örtük materialı - şüşədir. Müasir şüşə, bitkiləri ultrabənövşəyi şüalardan müdafiə edən xüsusi maddələr ilə örtülür. Bu material günəş şüalarını yayır, istiliyi çox əla saxlayır, kimyəvi maddələrə qarşı davamlı olur. Bu şüşələr qar və doluya qarşı müqavimət göstərə bilir.

İstixananın örtüyünün üçüncü variantı - polikarbonatdır. Onu çoxdan aşkar etsələr də, sənayedə geniş tətbiqi, nisbətən yaxın vaxtlarda başlayıb. Polikarbonat dərhal böyük populyarlıq qazanıb.

İstixana (GreenHouse)

Biz, istixana biznesinə sərmayə qoymağı arzu edən investorlara bizim partnyorumuz olan dünyaca məhşur Netafim şirkətinin kompleks həllərini təklif edirik. Şirkət mütəxəssisləri istəklərinizi və bütün lazımi meyarları nəzərə alaraq istixana kompleksinin layihəsini hazırlayacaqlar.

Netafim şirkətinin istixana həlləri və xidmətləri optimal yanaşma və ən yeni texnologiyalardan ibarətdir:

- layihələndirilmə;

- torpaq və tikinti işləri;

- mühəndislik sistemlərinin quraşdırılması və işə salınması;

- istilik, havalandırma;

- suvarma sistemi və gübrələrin dozalaşdırılması;

- suyun təmizlənməsi və təkrar tətbiqi;

- dumanlama sistemi;

- pərdələmə və fitoişıqlandırma;

- iqlim və suvarmaya nəzarət sistemi;

- aqronom dəstəyi və təlim;

və diqər əlavə avadanlıq.

Bizə müraciət etməklə, siz, istixananızın yaradılmasının istənilən mərhələsində peşəkar dəstək əldə edirsiniz. Fərq etmir bu sadəcə ideya, yaxud optimallaşdırma tələb edən hazır istixana təsərrüfatıdırsa belə.

Bundan əlavə, SmartAgro istixanalar üçün layihələndirmə və monitorinq sistemlərinin, təhlükəsizlik və rabitə sistemlərinin, avtomatlaşdırma sistemlərinin, həmçinin yarımavtomat və ya müstəqil enerji sistemlərinin layihələndirilməsi və quraşdırılması üzrə xidmətləri təklif edə bilərlər.

Ən müxtəlif iqlim şəraitlərinə uyğunlaşdırılmış və beynəlxalq standartlara cavab verən istixanalarımız, sizin biznesinizə mükəmməl start verəcək.

Əgər sizdə mövcut istixana biznesi varsa, siz təkmilləşdirmə və effektivlik haqqında düşünürsüzsə, bizim mütəxəssislər, mövcud problemlər və uyğunsuzluqlar ilə tanış olaraq, sizin üçün istixana təsərrüfatınızın yenilənməsi və təkmilləşdirilməsi üçün fərdi plan işləyib hazırlayacaqlar.