İstixana kompleksləri

“NARINCLAR EVİ”

Bu tikililərin yaradılma tarixi bizi Qədim Roma dövrünə aparır.

İstixana konstruksiyalarının yaradılmasına qədər, parniklərdən istifadə olunurdu. Sonra, kiminsə ağlına ləkləri örtüyün altında gizlətmək kimi dahiyanə bir fikir gəldi.

İşıq keçirməyən (məs. şüşə və ya plyonka) arakəsmə, istixana effekti yaradaraq, ilıq havanı bayıra buraxmır. Beləliklə, istixanalar yarandı.

Yeri gəlmişkən, mika (slyuda) ilə örtülmüş ləklərdən qədim romalılar tropik iqlimi olan ölkələrdən gətirilmiş ekzotik bitkilər və güllərin böyüdülməsi üçün istifadə edirdilər.

Amma, Roma imperiyası dağıldı və faydalı texnologiyalar itirildi.

İntibah dövrü insana istixanaları, oranjereyaları və qış bağlarını qaytardı. O zamanlar sitrus sinfinə aid ən populyar  oranjereya bitkilərindən birinin adına həsr olunmuş şüşəbənd tikililər “Narınclar evi” adlanırdı.

İstixana və parnik arasında fərq nədir?

Ölkəmizdə istixanalar –  çox məşhur biznes növlərindən biridir. İstixanalardan istifadə etməklə, ildə bir neçə dəfə məhsul götürmək olar.

Yüngül karkas və örtüyü olan, bünövrəsi və isitmə sistemi olmayan kiçik tikili “parnik” adlanır. Onlar şitillərin böyüdülməsi üçün nəzərdə tutulmuşdur; daha sonra, burada yetişdirilən şitillərin yeri açıq torpağa dəyişdirilir.

“Parnik effekti” sayəsində bitkilər üçün rahat temperatur əldə edilir. Bəzən qəfil şaxtalar olanda, təcili qızma tətbiq edilir.

İstixana isə - böyük sahəni əhatə edən, bütünlükdə artım və inkişaf dövrü boyunca bitkilərin müdafiəsi üçün nəzərdə tutulmuş tikilidir. Burada ideala yaxın olan mikroiqlim yaradılır ki, bu da bitkilərin yetişmə sürətini artırır.

Fundamentin olması, istixanaları möhkəm tikilələrə çevirir və onlar üçün, külək qorxulu olmur. Güclü karkas əlverişsiz hava şəraitinin zərbələrinə müqavimət göstərməyi bacarır. Bundan əlavə, isitmə sistemləri də mövcuddur. Bu isə, bütün il boyu məhsul götürməyə imkan verir.

İstixanalar üçün örtük

İstixanalar mükəmməl sərmayə qoyuluşu sayılır. Məhsuldarlıq örtüyün keyfiyyətindən və işıqburaxma qabiliyyətindən asılıdır. Bəs hansı tip istixana örtüyü seçmək lazımdır?

Bazarda bir çox həllər mövcuddur. Onları şərti olaraq üç növə bölmək olar: plyonka, şüşə və ya polikarbonat örtüyü. Həmçinin, materialları polikarbonat və plyonkalı damdan, yan divarları olan istixanalar yaratmaq mümkündür..

Polietilen, polivinilxlorid və zirehli nazik pərdə kimi plyonkalar ən münasib örtük tipi sayılır. Onların yegan’ üstünlüyü – ucuz olmasıdır.

Nazik pərdələrin daha bir kateqoriyası var – çoxillik. Bu plyonkalar, hətta şüşə örtüklə rəqabət aparır. Çoxillik plyonka, xüsusi olaraq, parnik və istixanaların qurulması üçün nəzərdə tutulub və bu plyonka, istiliyi çox yaxşı saxlayır və günəş işığını buraxır.

Məşhurluğuna görə ikinci tip material şüşədir. Adi şüşə münasib variant sayılmır, belə ki, çox kövrək olur, ultrabənövşəyi şüaları buraxır və quraşdırılma ilə bağlı yüksək tələblər irəli sürür.

Bundan fərqli olaraq, müasir şüşə, bitkiləri ultrabənövşəyi şüalardan müdafiə edən xüsusi maddələr ilə örtülür. Bu şüşələr, günəş şüalarını yayır, istiliyi çox əla saxlayır, kimyəvi maddələrə qarşı davamlı olur. Bu şüşələr qar və doluya qarşı müqavimət göstərə bilir.

İstixananın örtüyünün üçüncü variantı - polikarbonatdır. Onu çoxdan aşkar etsələr də, sənayedə geniş tətbiqi, nisbətən yaxın vaxtlarda başlayıb. Dərhal böyük populyarlıq qazanıb.

Bu gün polikarbonat – ən geniş tətbiq edilən məhsulların külli miqdarda istehsalı üçün tətbiq edilir (motodəbilqələrdən başlayaraq, istixana örtüklərində qədər). O yüngül, uzunömürlü, möhkəm, elastik olmaqla yanaşı, ultrabənövşəyi şüaları bloklayır.

Bizim həll variantları

Düzgün taxça seçimi və peşəkar yanaşma olduqda, istixana biznesi kifayət qədər gəlirli ola bilər.

Biz, istixana biznesinə sərmayə qoymağı arzu edən investorlara bizim partnyorlarımızın kompleks həllərini təklif edirik. Bu həllərə aşağıdakılar daxildir:

- istixananın sıfırda layihələndirilməsi və montajı

- istixanaların istilik sistemi

- istixanaların idarəetmə sistemi

- istixanaların suvarılma sistemi

- istixanalar üçün gübrələrin dozalaşdırılması sistemi

- istifadə edilən suyun təkrar tətbiqi

- istixanalar üçün əlavə avadanlıq

- aqronom dəstəyi

Bizə müraciət etməklə, siz, istixananızın yaradılmasının istənilən mərhələsində peşəkar kömək əldə edirsiniz. Əgər bu sadəcə optimallaşdırma tələb edən ideya, yaxud hazır istixana təsərrüfatıdırsa belə.

Hazırlıq mərhələsində SmartAgro şirkətinə müraciət, məhz sizin üçün ən ideal variant ola bilər. Bu halda, siz vaxtınıza, enerjinizə və pulunuza qənaət edə biləcəksiniz.

Bizim mütəxəssislər, bazarda mövcud vəziyyətləri nəzərə alaraq, sizə torpaq sahənizin yerləşdiyi region üçün daha perspektivli bitkilər təklif edəcək.

Biz sizin sahənizin faydalı sahəsini hesablayacaq və istixana təsərrüfatının ən əlverişli layihəsini təklif edəcəyik. Bu sahənin bütün mümkün fors-majorlarını nəzərə alaraq, fundament üçün tələb edilən dərinliyi, karkas və örtüyün tələb olunan gücünü müəyyən edəcəyik.

Bundan sonra, bizim mütəxəssislər, təhlükəsiz və effektiv iş üçün lazım olan bütün sistemləri layihələndirəcək və quraşdıracaq.

Bundan əlavə, SmartAgro istixanalar üçün layihələndirmə və monitorinq sistemlərinin, təhlükəsizlik və rabitə sistemlərinin, avtomatlaşdırma sistemlərinin, həmçinin yarımavtomat və ya müstəqil enerji sistemlərinin layihələndirilməsi və quraşdırılması üzrə xidmətləri təklif edə bilərlər.

Ən müxtəlif iqlim şəraitlərinə uyğunlaşdırılmış və beynəlxalq standartlara cavab verən istixanalarımız, sizin biznesinizə mükəmməl start verəcək.

Əgər sizdə artıq istixana biznesi varsa, siz təkmilləşdirmə və effektivlik haqqında fikirləşirsinizsə, bizim mütəxəssislər, mövcud problemlər və uyğunsuzluqlar ilə tanış olaraq, sizin üçün istixana təsərrüfatınızın yenilənməsi və təkmilləşdirilməsi üçün fərdi plan işləyib hazırlayacaqlar.