Nasos və filtr (süzgəc) stansiyaları

HƏYAT VƏ UZUN ÖMÜR

Hamımız bilirik ki, su – həyatdır, təmiz su isə – həm də uzun ömür deməkdir. Biz sizə yaxın olan suvarma sistemini seçdik. Amma, onu necə uzunömürlü və keyfiyyətli etmək olar? Bunun üçün xüsusi nasos və filtrasiya stansiyaları var.

Suvarma sistemində filtrasiya - məcburi bir şərtdir. Məhz keyfiyyətli filtrlər sayəsində, sizin tənzimlənmiş suvarma sisteminiz uzun və effektiv işləyə biləcək.

Əgər sistemin bütün qalan komponentləri düzgün və dəqiq tənzimlənibsə, sonrakı istismarın taleyi iki şeydən asılı olur: insan amili və filtrasiyanın elementləri.

Keyfiyyətsiz filtrlər və ya onların yoxluğu, qısa zamanda, damcısalanların müxtəlif növ zibillərlə tutulmasına gətirib çıxaracaq. Bu isə suvarma sisteminin işinin büsbütün pozulması riski daşıyır.

Biz sizə ən müxtəlif tələblərə uyğun olan sutəmizləmə sistemini seçməyə kömək edəcəyik.

Suvarma sistemi üçün filtrlərin seçimində biz suburaxıcı mənbələri nəzərə alırıq. Bu çay, kanal, artezian quyusu və s. ola bilər. Bundan əlavə, suyun özünün tərkibi, böyük əhəmiyyətə malikdir.

Şirkətimiz Azərbaycanda özünü filtrasiya sistemlərinin etibarlı istehsalçıları kimi tanıtmış, sayılıb-seçilən Avropa şirkətlərini təqdim edir.

Biz sizə aşağıdakıları təklif edə bilərik:

- qum-çınqıl səpmə filtrləri

- hidrosiklonlar (qumtutucular)

- torlu filtrlər

- disk filtrləri

Səpmə qum-çınqıl filtrləri

Bu, ən qədim, ən sadə və ən aydın filtrasiya üsuludur. Bəşəriyyət içməli suyun təmizləməsi üçün çoxdan bu üsuldan istifadə edir.

Filtrasiya prinsipi təbiətin özü tərəfindən təmin edilir; su qum və çınqılın arasından keçib gedir. Çıxışda isə suvarma üçün yararlı olan, aşkar qatqıları olmayan, suvarma üçün yararlı, yaxşı keyfiyyətə malik filtrat alınır.

Bu gün səpmə çınqıl-qum filtrləri suvarma sistemlərinin əksəriyyəti üçün etibarlı və münasib suvarma filtrasiyası üsulu sayılır.

SmartAgro şirkəti müxtəlif keçiricilik qabiliyyəti olan bu filtrləri öz sifarişçilərinə təklif etməyə hazırdır.

İlkin (kobud) və incə təmizləmə üçün torlu filtrlər

Suvarma üçün istifadə etdiyiniz su, leysan, sürüşmə və sel nəticəsində həddən artıq çirklənə bilər. Belə su, filtrasiya sistemini sıradan çıxara bilər. Məhz bu səbəbdən, onu ilkin təmizləmə filtrindən keçirmək lazımdır. Belə filtrlərə torlu və ya qəfəs şəkilli filtrləri aid etmək olar. Bu filtrlər, kobud təmizləmə filtri adlanır.

Torlu filtrlər bir neçə parametrlərə görə fərqlənir; amma, yuyulma üsulu çox əhəmiyyətlidir - əl və ya avtomatik.

SmartAgro şirkəti sifarişçilərə hər iki tip filtrləri təklif edir.

Hidrosiklon (qum tutucuları)

Səpmə çınqıl-qum və torlu filtrlərdən fərqli olan növbəti filtr tipi, suyun qatışıqlardan təmizlənməsi probleminin texnoloji həllini təşkil edir. Hidrosiklonda suyun təmizlənməsi üçün mərkəzdənqaçma gücləri istifadə olunur.

Aqreqatın korpusuna spiralla qovulan su verilir. Mərkəzdənqaçma gücünün təsiri altında, suyun qumdan və böyük hissəciklərdən ayrılması baş verir. Qatışıqlar drenaj dəliyi vasitəsilə çıxarılır, su isə sonrakı emal üçün sistemə verilir.

Təmizləmə sürəti – hidrsiklonların əsas üstünlüyü sayılır. Təmizləmənin keyfiyyətinə gəlincə, bu tip filtrlərin quraşdırılmasından əvvəl, mütəxəssislə məsləhətləşmək lazımdır. Bəzi hallarda, hidrosiklonlardan istifadə etmək, məqsədə uyğun deyil.

Disk filtri

Ən qabaqcıl texnoloji həll - suyun disk filtrləri ilə təmizlənməsidir. Bu metod, yaxın vaxtlarda istifadə olunmağa başlayıb. Amma, bununla belə, özünü daha effektiv, daha etibarlı və praktik olaraq daha qüsursuz təmizləmə metodu kimi tanıtmağa müvəffəq olub.

Su təzyiq altında, yüksək davamlı plastik kütlədən hazırlanmış xüsusi disklərin “ayağına” verilir. Onlar elə yerləşdirilib ki, yad hissəciklər tutulması və saxlanması üçün boşluqlar və tələlər yaradılsın.

Disk filtrləri, digər filtrlərdən onunla fərqlənir ki, onlar yüksək keyfiyyətlə və yüksək sürəti bir araya gətirməklə yanaşı, korroziyaya məruz qalmırlar. Onlar kimyəvi aqressiv maddələrin təsirinə və yüksək təzyiqə qarşı davamlıdır, özünütəmizləmə funksiyasına malikdirlərlə.

SmartAgro şirkəti böyük məmnuniyyətlə sifarişçilərinə aparıcı Avropa istehsalçılarının sutəmizləmə üzrə ən qabaqcıl üsullarını təqdim etməyə hazırdır. Bizim filtrlər, suvarma sisteminizin çoxillik fasiləsiz fəaliyyətinin zəmanəti olacaqdır.

Suvarma sistemi üçün filtr necə seçilməlidir?

Filtrasiya elementləri, suvarma sisteminin ən əhəmiyyətli komponenti sayılır. Buna görə də, filtrləri seçən zaman mütəxəssislərin köməyinə müraciət etmək arzu olunandır. Filtrləri almazdan və quraşdırmazdan əvvəl növbəti parametrləri öyrənmək lazımdır:

- adi vaxtlarda suyun çirklənmə səviyyəsi

- suyun çirklənməsinin mövsümi dinamikası

- fors-majorun riskləri (sel, leysan, daşqınlar, sürüşmə və digər)

- süzülmüş suyun lazımi həcmi

- təmizləmənin lazımi səviyyəsi

- suyun kimyəvi tərkibi (bəzi hallarda əlavə filtrlər tələb olunur)

- filtrasiya elementinə qədər suyun necə çatması.

Bundan sonra, həm qiymət, həm də keyfiyyət baxımından ən optimal variantı seçmək üçün müvafiq variantların analizinə başlamaq olar.

Nasos stansiyası

Suvarma sisteminin digər əhəmiyyətli elementi nasos stansiyasıdır. Əgər siz nasos stansiyasında qənaət edəcəksinizsə, bu zaman nəticə, bütün suvarma sisteminin işində əks olunacaq.

Nasos stansiyasının yanlış seçimi, məhsuldarlıq və maliyyə itkilərinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən, yoxlanmış və etibarlı markaları seçmək vacibdir. Bundan əlavə, nasos stansiyasının fasiləsiz və sabit enerji təchizatını təmin etmək lazımdır.

SmartAgro şirkəti, sifarişçilərə iki növ nasos stansiyaları təklif edir: elektrik və dizel. Biz, imkan olduqda, elektrik nasos stansiyalarından istifadə etməyi məsləhət görürük, çünki, onlar əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir.

Amma, bununla belə, biz istənilən tapşırıqlara uyğun olan, müxtəlif güclü dizel motopompalarını da təklif edə bilərik.

Bizim mütəxəssislər, sifarişçinin xərclərini optimallaşdırmağa kömək edəcək. Dizel nasos stansiyalarının müəyyən dərəcədə səyyarlıq təqdim etməsini nəzərə alaraq, biz, sahənin yanında müxtəlif mənbələrdən su təchizatını təmin etməyə çalışırıq.

Əlbəttə ki, müxtəlif güclü nasoslar arasında, qiymətdə də müəyyən fərqlər var. Artıq xərclərə səbəb olmamaq üçün, suvarma sisteminin planlaşdırılmasında şirkətimiz dəqiq hidravlik hesablamalar aparacaq və lazımi gücə malik avadanlıq seçəcək.

Bütün tövsiyələrimiz əsaslandırılıb və elmi yanaşmalara söykənir. Biz yalnız Lowara, Pedrollo, Scova və s. kimi etibarlı istehsalçılar ilə işləyirik.