Nasos və süzgəc (filtr) stansiyaları

HƏYAT VƏ UZUN ÖMÜR

Bildiyimiz kimi, su – həyatdır, təmiz su isə – həm də uzun ömür deməkdir. Biz sizə uyğun olan suvarma sistemini seçdik. Amma, onun ömrünü necə uzatmaq olar? Bunun üçün xüsusi nasos və filtrasiya stansiyaları var.

Suvarma sistemində filtrasiya - icbari şərtdir. Məhz keyfiyyətli filtrlər sayəsində, sizin tənzimlənmiş suvarma sisteminiz uzunmüddət və effektiv işləyə biləcək. Əgər sistemin bütün komponentləri düzgün və dəqiq tənzimlənibsə, sonrakı istismarın taleyi iki amildən asılı olur: insan amili və filtrasiyanın elementlərindən.

Keyfiyyətsiz filtrlər və ya onların yoxluğu, qısa zamanda damcısalanların müxtəlif tıxanmaqlara gətirib çıxaracaq. Bu isə suvarma sisteminin işinin büsbütün pozulması riski daşıyır.

Biz sizə ən müxtəlif tələblərə uyğun olan sutəmizləmə sistemini seçməyə kömək edəcəyik. Suvarma sistemi üçün filtrlərin seçim zamanı biz su mənbələri nəzərə alırıq. Bu çay, kanal, artezian quyusu və s. ola bilər. Bundan əlavə, suyun həm fiziki həm də kimyavi  tərkibi, böyük əhəmiyyətə malikdir.

SmartAgro şirkəti Azərbaycanda etibarlı filtrasiya sistemlərinin istehsalçıları kimi tanıtmış, sayılıb-seçilən Avropa şirkətlərini təqdim edir.

Biz sizə aşağıdakıları təklif edə bilərik:

- qum-çınqıl səpmə filtrləri

- hidrosiklonlar (qumtutucular)

- torlu filtrlər

- disk filtrləri

Səpmə qum-çınqıl filtrləri

Bu ən qədim, ən sadə və ən aydın filtrasiya üsuludur. Bəşəriyyət içməli suyun təmizləməsi üçün çoxdan bu üsuldan istifadə edir.

Filtrasiya prinsipi təbiətin özü tərəfindən təmin edilir; su qum və çınqılın arasından keçib gedir. Çıxışda isə suvarma üçün yararlı olan, aşkar qatqıları olmayan, suvarma üçün yararlı, yaxşı keyfiyyətə malik filtrat alınır.

Bu gün səpmə çınqıl-qum filtrləri suvarma sistemlərinin əksəriyyəti üçün etibarlı və münasib suvarma filtrasiyası üsulu sayılır.

SmartAgro şirkəti müxtəlif keçiricilik qabiliyyəti olan bu filtrləri öz sifarişçilərinə təklif etməyə hazırdır.

İlkin (kobud) və incə təmizləmə üçün torlu filtrlər

Suvarma üçün istifadə etdiyiniz su, leysan, sürüşmə və sel nəticəsində həddən artıq çirklənə bilər. Belə su, filtrasiya sistemini sıradan çıxara bilər. Məhz bu səbəbdən, onu ilkin təmizləmə filtrindən keçirmək lazımdır. Belə filtrlərə torlu və ya qəfəs şəkilli filtrləri aid etmək olar. Bu filtrlər, kobud təmizləmə filtri adlandırılır.

Torlu filtrlər bir neçə parametrlərə görə fərqlənir. Ən əhəmiyyətlisi yuyulma üsuludur - əlnən və ya avtomatik şəkildə.

SmartAgro şirkəti sifarişçilərə hər iki tip filtrləri təklif edir.

Hidrosiklon (qum tutucuları)

Səpmə çınqıl-qum və torlu filtrlərdən fərqli olan növbəti filtr tipi, suyun qatqılardan təmizlənməsi probleminin texnoloji həllini təşkil edir. Hidrosiklon suyun təmizlənməsi üçün mərkəzdənqaçma güvvəsi istifadə olunur.

Aqreqatın korpusuna spiralla qovulan su verilir. Mərkəzdənqaçma güvvənin təsiri nəticəsində, suyun qumdan və böyük hissəciklərdən ayrılması təmin olunur. Qatqılar drenaj dəliyi vasitəsilə xaric olunur, su isə sonrakı emal üçün sistemə ötürülür.

Təmizləmə sürəti – hidrsiklon tipli süzgəcləril əsas üstünlüyüdür. Təmizləmənin keyfiyyətinə gəlincə, bu tip filtrlərin quraşdırılmasından əvvəl, mütəxəssislə məsləhətləşmək lazımdır. Bəzi hallarda, hidrosiklonlardan istifadə etmək, məqsədə uyğun deyil.

Disk filtri

Ən qabaqcıl texnoloji həll - suyun disk filtrləri ilə təmizlənməsidir. Bu metod, yaxın vaxtlarda istifadə olunmağa başlayıb. Lakin, bununla belə, özünü daha effektiv, etibarlı və praktik olaraq daha qüsursuz təmizləmə metodu kimi tanıtmağa müvəffəq olub.

Su təzyiq altında, yüksək davamlı plastik kütlədən hazırlanmış xüsusi disklərin arasına verilir. Onlar yerləşməsi, yad hissəciklər tutulması və saxlanması üçün boşluqlar və tələlər yaradır.

Disk filtrləri, digər filtrlərdən onunla fərqlənir ki, onlar yüksək keyfiyyəti və sürəti bir araya gətirməklə yanaşı, korroziyaya məruz qalmırlar. Onlar kimyəvi aqressiv maddələrin təsirinə və yüksək təzyiqə qarşı davamlıdır, özünütəmizləmə funksiyasına malikdirlər.

SmartAgro şirkəti məmnuniyyətlə sifarişçilərinə aparıcı Avropa istehsalçılarının sutəmizləmə üzrə ən qabaqcıl üsullarını təqdim etməktədir. Bizim filtrlər, suvarma sisteminizin çoxillik fasiləsiz fəaliyyətinin zəmanəti olacaqdır.

Suvarma sistemi üçün filtr necə seçilməlidir?

Filtrasiya elementləri, suvarma sisteminin olduqca əhəmiyyətli komponenti hesab edilir. Buna görə də, filtrləri seçən zaman mütəxəssislərdən tövsiyyə olmaq arzu olunandır. Filtrləri almazdan və quraşdırmazdan əvvəl növbəti parametrlər araşdırılmalıdır:

- adi vaxtlarda suyun çirklənmə səviyyəsi

- suyun çirklənməsinin mövsümi dinamikası

- fors-majorun riskləri (sel, leysan, daşqınlar, sürüşmə və digər)

- süzülmüş suyun lazımi həcmi

- təmizləmənin lazımi səviyyəsi

- suyun kimyəvi tərkibi (bəzi hallarda əlavə filtrlər tələb olunur)

- filtrasiya elementinə qədər suyun çatdırılma üsulu.

Bundan sonra, həm qiymət, həm də keyfiyyət baxımından ən optimal variantı seçmək üçün müvafiq variantların analizinə başlamaq olar.

Nasos stansiyası

Suvarma sisteminin digər əhəmiyyətli elementi nasos stansiyasıdır. Əgər siz nasos stansiyasında qənaət edəcəksinizsə, bu zaman nəticə, bütün suvarma sisteminin işində əks olunacaq.

Nasos stansiyasının su pompaların yanlış seçimi, məhsuldarlığın azalmasına və maliyyə itkilərə gətirib çıxaracaq. Bu səbəbdən, yoxlanmış və etibarlı avadanlığın seçilməsi vacibdir. Bundan əlavə, nasos stansiyasının fasiləsiz və sabit enerji təchizatı təmin olunmalıdır.

SmartAgro şirkəti, sifarişçilərə iki növ su pompaları təklif edir: elektrik və dizel. Biz, imkan olduqda, elektrik nasoslardan istifadə etməyi tövsiyyə görürük, çünki onlar əhəmiyyətli dərəcədə qənaətçildilər.

Lakin, bununla belə, biz istənilən məyarlara cavab verən, müxtəlif güclü dizel motopompalarını da təklif edə bilərik. Belə ki, biz fərqli su məmbələrdən su təchizatını təmin etmək məqsədi ilə mobil olan dizel pompaları təklif edirik.

Əlbəttə ki, müxtəlif güclü nasoslar arasında, qiymətdə də müəyyən fərqlər var. Artıq xərclərin qarşısı alınması məqsədi ilə, suvarma sisteminin planlaşdırılmasında şirkətimiz dəqiq hidravlik hesablamaları apararaq lazımi gücə malik olan avadanlığı müəyyən edəcək.

Bütün tövsiyələrimiz elmi yanaşmalara əsaslanıb. Biz yalnız Lowara, Pedrollo, Scova və s. kimi etibarlı istehsalçılar ilə işləyirik.