Şəhər təsərrüfatları

ŞAQULİ FERMA

Dünyada ərzaq tələbatı daim artmaqdadır. Eyni zamanda şaquli fermaların sayı da artır.

İnnovativ əkinçilik texnologiyaları bitkiləri günəş işığı olmadan, qapalı şəraitdə böyütməyə imkan yaradır. Bu becərmə üsulu “şaquli fermalar” və ya bir çoxlarının dediyi kimi - “şəhər təsərrüfatları” kimi tanınır. Bu üsul şitil, yarpaq bitkiləri, göyərti, giləmeyvə, çiçəklər, dərman bitkiləri, göbələk və s. pestisidlərdən istifadə etmədən və daha sağlam məhsul istehsal etməyə imkan verir. Bu yanaşma, daha yüksək gəlir təmin edən texnologiya, LED işıqlandırma, avtomatlaşdırılmış suvarma və s. istifadə edərək kiçik bir ərazidə istehsalın həcmini artırır.

Şaquli təsərrüfatların əhəmiyyətli üstünlüklərindən biri su ehtiyatlarına əhəmiyyətli dərəcədə qənaət edilməsidir. Bu gün bir çox ölkə təmiz su ilə təmin olunmaqda çətinlik çəkir. Şaquli təsərrüfatlar ənənəvi kənd təsərrüfatına nisbətən 75 - 95% az su istehlak edir.

Şaquli fermalar böyük bir sahə tələb etmir və bu gün bu məhsulun əsas istehlakçılarına çevrilən böyük şəhərlərdə yerləşdirilə bilər. Praktikaya əsasən, onlar demək olar ki, istənilən qapalı sahədə yerləşdirilə bilər.

Şəhər təsərrüfatlarında, ilin vaxtından asılı olmayaraq, məhsullun yetişdirilməsini demək olar ki, davamlı bir dövrəsini təşkil edə bilərsiniz. Hava şəraitindən heç bir asılılıq yoxdur: quraqlıq, şaxta, daşqın və ya dolu əkinlərə zərər verə və məhsuldarlığı azalda bilməz.

İstehsalat potensial satış bazarlarına yaxın olduğundan nəqliyyat xərclərində əhəmiyyətli dərəcədə qənaət olunur. Digərlərin arasında, bu, istehsal yerindən istehlak yerinə qədər məsafədən mütənasib və asılı olan zərərli tullantıların azalmasına səbəb olur.

Şaquli ferma - bitkilərin çox səviyyəli təşkilini istifadə edən istixanadır. Torpaq olmadan - “SmartAgro” mühəndisləri, “Netafim”“Philips Signify” həmkarları ilə birlikdə ən etibarlı texnologiyalardan istifadə edərək, şəhər mühitində məhsul yetişdirmək üçün ən əlverişli həll variantını işləyib hazırlama və tətbiq olunmasında yardımçı olacaqdır.