Ehtiyat hissələri anbarı

EHTIYAT HISSƏLƏRI ANBARI

Keyfiyyətli nəticənin əldə olunmasının əsas şərti suvarma sisteminin sabit və davamlı işləməsidir. Bəzən sistemin pozulması halları baş verir və Sizə bəzi hissələrin ən qısa zamanda əvəz və ya təmir olunmasını təmin etmək tələb olunur.

SmartAgro şirkəti sizə zəruri olan ehtiyyat hissələrini (tam texniki dəstəyi təmin olunmaqla) və daha bir sıra xidmətlər təklif edir.  Belə ki, suvarma sisteminizin lazımı ehtiyyat hissələri ilə təmin olunması üçün, biz sizə "Sizin anbar" xidmətimizdən faydalanmağa tövsiyyə edirik.

Xidmətinə daxil olanlar:

Anbarımızdan "avadanlıqlarınız"ın zəmanətlə alınması 

Rəsmi istehsalçı tərəfindən avadanlıqa zəmanət verilməsi

Tövsiyələr

Təcrübəli mühəndislər tərəfindən əvəz olunma (zəruri hallarda)

Təsvir:

Mövsüm ərzində ehtiyyac duyduğunuz ehtiyyat hissələrin artıq pul ödəmədən, saxlama ilə əlaqədar əlavə xərc çəkmədən, zərər və itki riski olmadan vaxtında əldə edə bilmək üçün sizə "Sizin anbar" xidməti təklif olunur.

Mütəmadi olaraq əvəzlənən və ya potensial olaraq tələb olunacaq ehtiyyat hissələrin lazımi sayı bəlli olunmalıdır və illik kiçik bir ödənişlə zəruri hissələrin “Sizin anbarda” mövcudluğuna zəmanət alırsınız. Bundan əlavə, ən qısa müddətdə lazımi komponentlərin qiymət cədvəlindən hüsusi endirimlə əldə edirsiniz. Ayrıca, istehsalçıdan avadanlıq üçün zəmanət və dəyişdirmə ilə bağlı mütəxəssis məsləhətləri alırsınız. Ehtiyyac yarandığı halda mütəxəssislərimizin xidmətlərindən faydalana bilərsiniz.

Misal:

Məsələn, 50 hektar bir bağınız var. Mövsüm ərzində mütəmadi olaraq nasaz və ya əvəzlənəcək zəruri ehtiyyat hissələri alırsınız.

"Sizin anbar" xidmətindən istifadə edərək zəruri hissələri lazımi miqdarda, təstiqlənmiş qiymət cədvəlindən seçirsiniz.

Məsələn, 1000 AZN dəyərində mal seçmisiniz.

İllik ödənişiniz 30 AZN (abunə haqqı) və 70 AZN (seçilmiş məhsulun məbləğinin 7% -i) təşkil edir.

İllik cəmi 100 AZN.

İllik 100 AZN-lə təcili olaraq "Sizin anbar”ınızdan xüsusi endirimli qiymət ilə mal almaq imkanı əldə olunur. Bundan əlavə, müştərimiz olduğunuz zaman istənilən bir məhsul və ya xidməti xüsusi endirimlərlə əldə etmək imkanı əldə edirsiniz.

Xidmətin dəyəri:

Abunə haqqı ildə 30 AZN

İllik 7% (seçilmiş ehtiyyat hissələrin dəyərindən)

Üstünlüklər

Xidmətimizi əldə edərək, Siz avadanlıq və digər xidmətlərin alınması üçün xüsusi endirimlərdən faydalanabiləcəksiniz.

 

VACIBDIR!

Siz əldə etdikləriniz:

Risklərin kəskin azalması

Xərclərin optimallaşdırılması və minimuma endirilməsi

Operativ əks əlaqə

Ixtisaslı texniki dəstək

 

STANDART XİDMƏTLƏR

Ehtiyat hissələri anbarı xidməti

Ehtiyyat hissələrin Bakıdakı anbardan çatdırıması

Öncədən sifariş əsasında ehtiyyat hissələrin çatdırılması

"Mütəxəssis çağırışı" xidməti

Xidmətin qiyməti sahənin yerləşdiyi yerdən, ölçüsü və sistemin mürəkkəbliyindən asılı olaraq dəyişir.