Avtomatlaşdırma sistemləri

Avtomatlaşdırma sistemləri

“YAŞIL İNQİLAB”

Bu gün kənd və istixana təsərrüfatları keyfiyyətcə  yeni  bir inqilabın astanasındadır, “Yaşıl İnqilab” mərhələsində.

Texnologı eniliklərin istifadəsi məhsuldarlığının o qədər geniş miqyaslı yüksəlişinə gətirib çıxaracaq ki, bəşəriyyət hətta traktorların yaranması, herbisidlər və geni modifikasiya olunmuş/dəyişdirilmiş toxumların ixtirasından indiyə qədər belə məhsuldarlığ görməyib.

Ağıl ilə idarə et

Sizin kənd təsərrüfatı sahəsində biznesiniz, bilavasitə torpaq sahəsinin seçimi və onun emalı, suvarma, düzgün mikroiqlimdən başlayaraq, məhsul yığımına qədər bütün sistemlər və proseslərin keyfiyyətindən asılıdır.

Bizim şirkətimiz bağçalarınız, tarlalarınız və istixana kompleksləriniz üçün suvarma prosesini və iqlimini idarə etmək üçün həll yolları, avadanlıq və proqram təminatı təqdim edir. Ultra dəqiq, möhkəm və etibarlı sensorlar torpağın, hava şəraitinin, bitkilərin, ətraf mühitin və hidravlikanın vəziyyətini izləyir, tarlanın vəziyyəti barədə real vaxtda olan dəqiq məlumatı verir. NetBeat ™ bazası əsnasında işləyən sensorlar suvarma prosesinizi optimallaşdırmaq və resurslara qənaət edərkən məhsuldar olmaq üçün misli görünməmiş bir fürsət verir.

Biz, sizə lazımi avadanlıqları quraşdırıb və aqronom tərəfindən təyin olunan parametrlərə uyğun olaraq suvarma, gübrələrin dozalaşdırılması, temperaturu və iqlimi qoruyacaq bir sistem quracağıq.  Biz bu sənaye üzrə  dünya liderləri olan, NetafimPriva şirkətləri ilə əməkdaşlıq edirik.