Üstünlüklərimiz

  • SƏRİŞTƏLİLİK
    Bizim şirkətin gənc olmasına baxmayaraq, onun əməkdaşlarının hər biri müxtəlif mürəkkəbliyə malik layihələrin işlənməsi və tətbiqi sahəsində lazımi təcrübəyə malikdirlər. Biz istənilən mürəkkəbliyə malik layihəni tam işləməyə və həyata keçirməyə qadirik. 
  • ÇEVİKLİK
    Biz fəaliyyətimizi hər hansı bir istehsalçının texnologiyası ilə məhdudlaşdırmırıq. Bu isə bizə qeyri-adi və mürəkkəb tələbləri təmin edə biləcək  texnoloji və dizayner həlləri axtarmaqda daha çevikliyə imkan verir. Bizim mühəndislər müxtəlif istehsalçıların məhsullarını kombinə etmək imkanına malikdirlər.
  • KEYFİYYƏT
    Biz ancaq beynəlxalq keyfiyyət sertifikatı olan və zamanca yoxlanılmış material və komponentlərlə işləyirik. Şirkətin əməkdaşları xüsusi ixtisasartırma kurslarında öz vərdişlərini daimi təkmilləşdirirlər.
  • SÜRƏTLİLİK
    Kənd təsərrüfatında vaxt faktorunun müəsissənin uğurlu fəaliyyətinə təsir edən əsas vacib parametr olduğunu anlayırıq və sizin vaxtınızı qiymətləndirirk. İşlərin sürətlə aparılması və iş qrafikinə dəqiq əməl edilməsi bizim üstünlüyümizdir.
  • İNNOVASİYA
    Avropadan, İsraildən və ABŞ-dan olan tərəfdaşlarla sıx əməkdaşlıq etməklə, biz müştərilərimizi rahat, səmərəli və ekoloji cəhətdən təhlükəsiz istismar şəraiti təmin edən yeni yüksək texnologiyalarla təmin edirik. 
  • GENİŞ ASSORTİMENT
    İri istehsalçılarla tərəfdaşlıq münasibətləri hesabına biz, müştərilərimizə material və komponentlərin xüsusi qiymətlərlə geniş assortimentini təklif edə bilərik. 
  • FƏRDİ YANAŞMA
    Müştərilərə xidmət zamanı daha rahat və sərfəli əməkdaşlıq şəraiti axtarmaqla fərdi yanaşma prinsipini həyata keçiririk. 
  • KREDİT VƏ HİSSƏLƏRLƏ SATIŞ
    Avadanlığın alınması, əksər hallarda, kifayət qədər hiss olunan maliyyə qoyuluşu tələb edən biznes həlldir. Smart Agro şirkəti müştərilərə avadanlıq xərclərini kredit və hissə - hissə ödəməyi təklif edə bilər.

Həllər

Niyə məhz biz?

Suvarma sisteminin seçilməsi fermerlərin fəaliyyətində bəlkə də ən çətin məsələlərdən biridir. Suvarma sistemlərinin növləri olduqca çoxdur və onların hər birinin üstünlükləri, mənfi cəhətləri və tətbiq sahəsi vardır. Suvarma sisteminin növünü seçərkən bir çox aşağıda göstərilmiş amillərin nəzərə alınması səbəbindən mütəxəssislərlə məsləhətləşmədən düzgün qərar qəbul etmək demək olar ki, mümkün deyil: sahələrin ölçüsü və relyefi, yetişdirilən bitkilərin xüsusiyyətləri, torpağın tərkibi, su verilişinin xüsusiyyətləri, iqlim parametrləri və s.
 
Suvarma sisteminin səhv seçilməsi, habelə qeyri-peşəkar quraşdırılması və sazlanması mənfi nəticələrə gətirib çıxara bilər. Ən yaxşı halda torpaq sahənizin resurslarından daha səmərəli istifadə edə bilməyəcəyinizdən daha az mənfəət qazanacaqsınız. Ən mənfi halda suvarma sisteminin quraşdırılmasına sərf etdiyiniz pul vəsaitlərini itirəcəksiniz. Ən dramatik ssenari baş verdikdə isə (təəssüf ki, bu qeyri-adi hal deyil), torpağınız bataqlaşmış sahəyə çevrilə bilər və siz onun bərpası üçün çoxlu vaxt, səy və pul vəsaiti sərf etmək məcburiyyəti qarşısında qala bilərsiniz.
Düzgün suvarma sisteminin tətbiq edilməsi sayəsində yığılan məhsulun həcmini iki dəfə və hətta daha çox artıra bilərsiniz. Peşəkar mütəxəssis düzgün suvarma üsulunu seçərək məhsulun kənd təsərrüfatı məqsədləri üçün nəzərdə tutulmayan bir sahədən də alınmasında sizə kömək edəcəkdir. Suvarma maşınlarının köməyi ilə torpağın nəmliyini yoxlamaqla yanaşı bir sıra kənd təsərrüfatı tədbirlərinin də həyata keçirməsı mümkündür: bitkilərin gübrələnməsi, isidilməsi, kimyəvi preparatların tətbiq edilməsi və s.
SMART AGRO şirkəti suvarma avadanlıqlarını təchiz edir, habelə hər hansı bir sahə üçün yüksək dərəcədə avtomatlaşdırmaya malik suvarma sistemlərinin layihələndirilmə, quraşdırılma və texniki dəstəyi üzrə xidmətlər göstərir.

Bundan başqa, şirkətimiz aşağıdakı sistemlərin layihələndirilmə və quraşdırılması üzrə xidmətlər göstərir:

- suvarma sistemləri və istixana kompleksləri üçün avtomatlaşdırma sistemləri;
- yarı-avtonom və avtonom enerji sistemləri;
- təhlükəsizlik və rabitə sistemləri;
- böyük suvarılan sahələri və istixana təsərrüfatları üçün monitorinq sistemləri.
 
İstixanaların layihələndirilməsi və “açar-təslim” şərti ilə tikilməsi fəaliyyətimizin mühüm istiqamətlərindən biridir. Bizim əsas fərqimiz hərtərəfli həllər təklif etməkdən ibarətdir. Bazarın tələb və təkliflərinə tam bələd olduğumuzdan  fəaliyyətimiz müştəriyə hər hansı bir avadanlıq və ya xidmətin satılmasından daha geniş sahələri əhatə edir. Biz mövcud istixana təsərrüfatlarının effektivliyinin artırılması, habelə istixananın “sıfırdan” quraşdırıldığı halda onun sahibinə rəqiblərdən elə ilk günlərdən uzaqlaşması üçün imkan yaradan kompleks tədbirlərin müəyyən edilməsi və reallaşdırılmasında kömək göstəririk.
 
Həyata keçirdiyimiz bütün layihələr üçün zəmanət veririk və hətta zəmanət müddəti bitdikdən sonra da texniki dəstək xidmətlərini göstəririk. Bundan əlavə, dünyanın 130-dan çox nüfuzlu aqronomları ilə əməkdaşlıq edirik. Müştərilərimizin istəyi ilə onların istixana təsərrüfatları üçün aqronomik dəstək xidmətlərini də həyata keçiririk.
This will be replaced with an audio tag