Üstünlüklərimiz

  • SƏRİŞTƏLİLİK
    Bizim şirkətin gənc olmasına baxmayaraq, onun əməkdaşlarının hər biri müxtəlif mürəkkəbliyə malik layihələrin işlənməsi və tətbiqi sahəsində lazımi təcrübəyə malikdirlər. Biz istənilən mürəkkəbliyə malik layihəni tam işləməyə və həyata keçirməyə qadirik. 
  • ÇEVİKLİK
    Biz fəaliyyətimizi hər hansı bir istehsalçının texnologiyası ilə məhdudlaşdırmırıq. Bu isə bizə qeyri-adi və mürəkkəb tələbləri təmin edə biləcək  texnoloji və dizayner həlləri axtarmaqda daha çevikliyə imkan verir. Bizim mühəndislər müxtəlif istehsalçıların məhsullarını kombinə etmək imkanına malikdirlər.
  • KEYFİYYƏT
    Biz ancaq beynəlxalq keyfiyyət sertifikatı olan və zamanca yoxlanılmış material və komponentlərlə işləyirik. Şirkətin əməkdaşları xüsusi ixtisasartırma kurslarında öz vərdişlərini daimi təkmilləşdirirlər.
  • SÜRƏTLİLİK
    Kənd təsərrüfatında vaxt faktorunun müəsissənin uğurlu fəaliyyətinə təsir edən əsas vacib parametr olduğunu anlayırıq və sizin vaxtınızı qiymətləndirirk. İşlərin sürətlə aparılması və iş qrafikinə dəqiq əməl edilməsi bizim üstünlüyümizdir.
  • İNNOVASİYA
    Avropadan, İsraildən və ABŞ-dan olan tərəfdaşlarla sıx əməkdaşlıq etməklə, biz müştərilərimizi rahat, səmərəli və ekoloji cəhətdən təhlükəsiz istismar şəraiti təmin edən yeni yüksək texnologiyalarla təmin edirik. 
  • GENİŞ ASSORTİMENT
    İri istehsalçılarla tərəfdaşlıq münasibətləri hesabına biz, müştərilərimizə material və komponentlərin xüsusi qiymətlərlə geniş assortimentini təklif edə bilərik. 
  • FƏRDİ YANAŞMA
    Müştərilərə xidmət zamanı daha rahat və sərfəli əməkdaşlıq şəraiti axtarmaqla fərdi yanaşma prinsipini həyata keçiririk. 
  • KREDİT VƏ HİSSƏLƏRLƏ SATIŞ
    Avadanlığın alınması, əksər hallarda, kifayət qədər hiss olunan maliyyə qoyuluşu tələb edən biznes həlldir. Smart Agro şirkəti müştərilərə avadanlıq xərclərini kredit və hissə - hissə ödəməyi təklif edə bilər.

Təqdimatlar

Qərargahı Vaşinqtonda yerləşən “NELSON” şirkəti bütün məhsullarının ABŞ-da işlənib hazırlanaraq istehsal olunmasından qürur hissi duyur. Şirkətin qürur duymağa bir çox əsası vardır. “NELSON” şirkəti çoxsaylı beynəlxalq keyfiyyət mükafatlarının laureatıdır. Hazırda “NELSON Irrigation”şirkəti suvarma üçün sprinklerlər, çiləmə maşınları üçün təzyiq tənzimləyiciləri,  sprinkler üçün tənzimləyicilər, pivot maşınları üçün ehtiyat hissələri və pivotların (dairəvi tipli genişəhatəli çiləyici maşınlar) özlərini istehsal edir.

SMART AGRO şirkəti “Nelson” şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır

İsrailin “NETAFIM” şirkəti damla suvarma və yüksək məhsuldarlı istixana təsərrüfatları sahələrində tanınmış dünya lideridir. Faktiki olaraq, şirkət hər ikisinin də başlanğıcında dayanmışdır. 1965-ci ildə şirkətin mühəndislərinin səyləri nəticəsində bayır tərəfdə yerləşdirilən damcılayıcı dünyada ilk dəfə olaraq yaradılmışdır. Yarım əsr ərzində aparılmiş davamlı tədqiqat və görülmüş sürəkli işlər sayəsində hazırda “NETAFIM” şirkəti bütün mövcud olan torpaq və bitkilər növlərinə dair geniş məlumat bazasına malikdir. Şirkətin faktiki olaraq bütün qitələrdə təmsil olunması onun unikal üstünlüyünü təşkil edir. Dünyanın müxtəlif ölkələrindən yüzlərlə aqronom şirkətin tədqiqat fəaliyyətində iştirak edərək damla suvarma və istixanalar sahəsində daha yeni, daha effektiv texnologiyaların inkişaf etdirilməsi və həyata keçirilməsinə kömək edir.

SMART AGRO şirkəti suvarma sistemləri və istixanalar sahəsində “Netafim” şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır

 “RKD IRRIGACIÓN” şirkəti İspaniyanın “Suvarma sistemləri istehsalçıları birliyinin” üzvüdür. Şirkət 1962-ci ildən suvarma sistemlərini istehsal etməklə bu illər ərzində Avropanın suvarma sistemləri istehsalçıları sırasında liderlərin ilk üçlüyündə öz layiqli yerini tutmuşdur. Bir çox ekspertlər onu qeyd edir ki, “RKD” şirkəti tərəfindən işlənib hazırlanan çiləyici maşınlar idarəetmə rahatlığı ilə daha təhlükəsiz, etibarlı və effektiv istismarın ahəngi sayəsində ən yüksək kateqoriyaya daxildir. “RKD IRRIGACIÓN” şirkəti 2003-cü ildə ISO 9001-2000 standartı üzrə sertifikata layiq görülmüşdür.

SMART AGRO şirkəti “RKD” şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır

“T-L Irrigation Co.” çox zəngin tarixi olan və suvarma sistemlərinin istehsalı ilə məşğul olan Amerika şirkətidir. Şirkət 1955-ci ildə Nebraska şəhərində bir ixtiraçı-fermer tərəfindən təsis olunmuşdur. Ondan sonrakı il ərzində ümumi uzunluğu 450 kilometrdən çox olan irriqasiya sistemlərini reallışdırmağa müvəffəq olmuşdur. Şirkət yüksək sürətlə inkişaf edirdi. On ildən sonra şirkət suvarma sistemləri üçün alümin boruları, taxılqurudan maşınlar, klapanlar, yükləyicilər və yem qarışdırıcı qurğuları artıq istehsal etməyə başlamışdır. 1969-cu ildə isə ilk özüyeriyən çiləyici qurğu işlənib hazırlanaraq geniş istehsala buraxılmışdır. Şirkət artıq 50 ildir ki, ən yüksək standartlara cavab verən bütün növ çiləmə maşınlarını (dairəvi, küncləri suvaran və xətt üzrə hərəkət edən) istehsal etməkdədir. Əksər hallarda həmin yüksək standartların təməlini elə “T-L Irrigation Co.”şirkətinin mühəndislərinin qabaqcıl ideyaları qoyurmuş. 

SMART AGRO şirkəti “T-L Irrigation Co” şirkətinin Azərbaycanda rəsmi tərəfdaşıdır

OCMIS IRRIGAZIONE, İtaliya – baraban tipli suvarma maşınları istehsalında liderdir və genişəhatəli çiləmə maşınları istehsalı üzrə aparıcı istehsalçıdır.

This will be replaced with an audio tag